İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Tahir Fərzəliyev barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Xidmətin məlumatına əsasən, Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olan məlumatın araşdırılması zamanı fiziki şəxs Tahir Fərzəliyev Türkiyə istehsalı mühərrik yağlarını idxal edərək istehlakçılara Yaponiya istehsalı kimi təqdim edib.
Bundan əlavə, Fərzəliyev İranda istehsal olunan və ölkəmizə idxal etdiyi məhsulların qablaşdırmalarının üzərində mənşə ölkəsi barədə məlumatları təhrif edib.
“Bununla da haqsız rəqabətə yol verməsi əlamətləri aşkar edilib. Araşdırmanın nəticəsi olaraq, Fərzəliyev barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbirlər görüləcək”, - Xidmət vurğulayır. **
B.Rüstəmbəyov