Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti Şavkat Mirziyoyevcümə axşamı Səmərqənddə görüş zamanı ikitərəfli münasibətlərin dərinləşməsi üzrə gləcək tədbirləri müəyyən edibklər, gələcək tədbirlərin qrafikini razılaşdırıblar.
“İnterfaks-Azərbaycan” agentliyi Özbəkistan prezidentinin saytına istinadən məlumat verir ki, Əliyev və Mirziyoyev görüşdə “Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri və praktiki əməkdaşlığın dərinləşməsi üzrə gələcək tədbirləri müəyyən ediblər və əsas vəzifələri ətraflı nəzərdən keçirirlər”.
Liderlər, o cümlədən cari ilin noyabr ayında Səmərkənddə keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının sammiti çərçivəsində gələcək tədbirlərin qrafikini razılaşdırıblar.
Mirziyoyev vurğulayıb ki, Özbəkistanda, təməlində ümumi dəyərlər və mənəvi-mədəni irsin durduğu “qardaş Azərbaycan xalqı ilə dostluq və əməkdaşlıq münasibətlərini səmimi olaraq qiymətləndirir”.
Öz növbəsində, Əliyev qeyd edib ki, “iki qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətləri misli görünməmiş yüksək səviyyəyə çatıb”.
Məlumatda vurğulanır ki, görüşdə qeyd olunub ki, bu il iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində mühüm tarixi dövrə çevrilib, parlamentlərarası əməkdaşlığın inkişafına, ticarət həcminin artmasına, enerji, avtomobil istehsalı, kənd təsərrüfatı, pambıqçılıq və ipəkçilik sahələrində kooperasiya layihələrinin uğurla həyata keçirilməsinə yüksək qiymət verilib.
“Liderlər mədəni-humanitar əlaqələrin gələcəkdə möhkəmlənməsinə tərəfdar olduqlarını bildiriblər”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, Əliyev cümə axşamı Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitində iştirak etmək üçün Səmərqəndə səfərə gəlib. **
R.Kərimov