Əməkvə Əhalinin Sosial MüdafiəsiNazirliyi Dünya Bankı ilə gələcəkdə məşğulluq, pensiya islahatları, sosial sığorta sisteminin inkişafı məsələlərində əməkdaşlıqda maraqlıdır. Bu barədə əməkvə əhalinin sosial müdafiəsinaziri SahilBabayevbəyan edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Babayev Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümünə həsr olunan “Azərbaycan: Dəyişən Qlobal İqtisadiyyatda artım perspektivləri” adlı forumun panel iclasında bildirib ki, nazirliyin proqnozlarına əsasən, Azərbaycanda uzunmüddətli perspektivdə ahılların sayı artacaq.
“Hazırda Azərbaycan əhalisinin 7%-i ahıl, 70%-i isə iş qabiliyyətli cavanlardır. Lakin 2040-2050-ci illərdə bu nisbət dəyişməyə başlayacaq, ölkədə ahıl əhalinin sayı artacaq, bu isə pensiya sisteminə maliyyə yükünün artımı deməkdir”, - Babayev deyib.
Onun sözlərinə görə, bununla əlaqədar nazirlik əmək bazarının strukturlaşmasına yönələn islahatlar həyata keçirməlidir, pensiya sistemində islahatları davam etdirməlidir, sosial sığorta sisteminin əhatə dairəsini genişləndirməlidir, məşğulluq proqramının tərkib hissəsi olan mikrobiznes sistemini inkişaf etdirməlidir.
Babayev əlavə edib ki, gələcəkdə ƏƏSMN və Dünya Bankı əməkdaşlıq və yeni birgə layihələr həyata keçirə bilər. **
A.Əzizov