Azərbaycanda koronavirus infeksiyasına 256 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 818 min 890-na çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 371 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər (ötən gün 9 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 876 nəfərə çatıb.
Virusa yoluxmuş 807 min 96 nəfər (sutka ərzində +396) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 918 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 388 (ötən gün 3 min 664 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 206 min 805 test aparılıb.**
X.Nəsirzadə