ABŞ-ın Marşal İrsi İnstitutu (MLI) tərəfindən Azərbaycana əlavə sayda xüsusi təlim keçmiş minaaxtaran itlər göndəriləcək. Bu barədə cümə axşamı Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) MLI-nın nümayəndələri ilə görüşün yekunlarına dair məlumat verilib.
“Görüş əsnasında Azərbaycanda aparılan humanitar minatəmizləmə əməliyyatlarına dəstək məqsədilə MLI tərəfindən əlavə sayda xüsusi təlim keçmiş minaaxtaran itlərin göndərilməsi ilə bağlı razılıq əldə edilib”, - məlumatda deyilir.
Eyni zamanda, Amerika tərəfinin göndərəcəyi minaaxtaran itlərin sayı dəqiqləşdirilmir.
ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-da Marşal İrsi İnstitutu (MLI), Amerikanın Mina Məsləhət Qrupu (“Mines Advisory Group America”), Müdafiə Departamentinin Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi, Dünya Bankı, ABŞ Dövlət Departamenti və Nümayəndələr Palatasınınrəhbər şəxsləri, eləcə də bir neçə aparıcı konqresmenləri ilə görüşləri keçirilib.
ANAMA ilə MLI arasında əməkdaşlıq 2005-ci ildə başlayıb. İndiyədək İnstitut tərəfindən ABŞ Dövlət Departamenti və fərdi donorların dəstəyi ilə Azərbaycan ərazilərinin minalardan təmizlənməsi proqramı çərçivəsində 36 minaaxtaran it və 4 partlayıcı maddələr axtaran it göndərilib.
Planlara əsasən, 2021-2023-cü illərdə (2023-cü ilin iyul ayına qədər) MLI pulsuz Azərbaycana 3- minaaxtaran it göndərəck, həmin itlər Qarabağda ərazilərin minalardan təmizlənməsində istifadə ediləcək. **
R.Kərimov