RF-nin Ryazan vilayətinin şirkətlərinin Bakıya biznes missiyası çərçivəsində şourumun açılışı olub.
“İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verir ki, Ryazan vilayətinin administrasiyası nümayəndəsinin müavini Artyom Nikitinin sözlərinə görə, Azərbaycana biznes missiya 3 gün davam edəcək, şourum isə bir ay ərzində fəaiyyətini davam etdirəcək.
“Bu, Ryazan şirkətlərinin xaricdəki artıq 6-cı şourumudur. Əvvəlki analoji tədbirlərin yekunları üzrə 1 milyard rubldan artıq məbləğdə müqavilələr imzalanıb”, - Nikitin jurnalistlərə bildirib.
O, həmçinin qeyd edib ki, şourumda 500-dən çox adda məhsul təqdim edən Ryazan vilayətinin 57 şirkəti iştirak edir.
Nikitin vurğulayıb ki, Azərbaycana səfər öncəsi “AzərbaycanRespublikasının2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı”öyrənilib.
“Bu səbəbdən Bakıda şourumun fəaliyyətinin uğurlu olacağına ümid edirik, çünki burada Azərbaycan tərəfdaşlarını maraqlanıra biləcək məhsullar təqdim olunub”, - o bildirib.
Nikitin əlavə edib ki, missiyanın daha bir məqsədi Azərbaycanda malları RF-də xarici şirkətlərin məhsullarını əvəz edəcək istehsalçılar tapmaqdır.
Birgə müəssisələrin yaradılması imkanlarına toxunan Nikitin qeyd edib ki, bu sahibkarların qarşılıqlı marağından asılı olacaq. “Biz isə öz növbəmizdə istənilən təşəbbüsü dəstəkləməyə hazırıq”, - o yekun vurub. **
B.Rüstəmbəyov