Cümə axşamı Səmərqənddə Azərbaycan prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş zamanı müxtəlif sektorlarda birgə əməkdaşlıq layihələrini müzakirə edib.
Azərbaycan prezidentinin saytındakı məlumata əsasən, Ərdoğan 12-14 sentaybr 2022-ci il tarixlərində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Əliyevə, Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verdi.
Liderlər Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edibllər, ölkələrimizin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulayıblar.
“Dövlət başçıları energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə etdilər və gələcək təmaslarla bağlı fikir mübadiləsi apardılar”, - məlumatda deyilir. **
N.Abbasova