Azərbaycan hökuməti 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzurda layihələrin icrasına 3 milyard manat (cari məzənnə ilə $1,76 milyard) ayırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” Maliyyə Nazirliyinə istinadən məlumat verir.
2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair yenilənmiş proqnozda qeyd olunur ki, işğaldan azad olunmuş ərazilərin bərpasına 2023-cü ildə gələn il dövlət büdcəsinin ümumi xərclərinin 9%-i yönəldiləcək.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti cari il üçün dövlət büdcəsində azad olunmuş ərazilərin bərpasına 2,67 milyard manatn ayrılmasını müəyyən edib. **
X.Nəsirzadə