ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qarşıdakı istirahət günləri İrəvanla Bakı arasında gərginliyin artması fonunda Ermənistana dəstək ifadə etmək məqsədilə bu ölkəyə səfər etməyi planlaşdırır. Bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat verir.
Pelosinin İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və digər hökumət rəsmiləri ilə görüşü gözlənilir. **