ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanla Ermənistan arasında sərhəddə hərbi qarşıdurmanın dayandırılmasını alqışlayıb, Vaşinqtonun Cənubi Qafqazda sülh prosesinə köməklik etməyə sadiqliyi barədə bəyan edib.
“Azərbaycan ilə Ermənistan arasında (sərhəddə - İF) hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq və bunu möhkəmləndirmək məqsədilə tərəflərlə işləməyə davam edəcəyik. Əvvəlki kimi, Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunun sülh və çiçəklənən gələcəyinə kömək etmək işinə sadiqdir”, - Blinken Twitter hesabında yazıb. **
R.Əhmədov