Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib ki, sentyabrın 13-dən Azərbaycan Silahlı Qüvvələri ilə döyüşlər zamanı 135 erməni hərbi qulluqçu həlak olub.
“Azərbaycan Silahlı Qüvvələri ilə döyüşlər zamanı 135 erməni hərbi qulluqçunun həlak olduğu məlumdur. Lakin, əfsuslar olsun ki, biz bilirik ki, bu son rəqəm deyil”, - Paşinyan cümə günü hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, həmçinin “çox sayda yaralılar var”. **