“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulan layihə və tədbirlərin həyata keçirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 5,2 milyard manat ($3,06 milyard) nəzərdə tutulub.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin dərc etdiyi 2023-cü ilin büdcə materiallarında bildirilir.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilib.*
X.Nəsirzadə