RF sərhədçiləri KTMT missiyasının Ermənistandakı əməliyyat qrupunu Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumatlandırıblar. Bu barədə əməliyyat qrupuna başçılıq edən general-polkovnik Anatoli Sidorov məlumat verib.
“Biz sərhəddə xidmət edən və Ermənistan Respublikasının dövlət sərhədinin ayrı-ayrı sahələrinin mühafizəsində iştirak edən sərhədçilərimizdən vəziyyət və baş verənlər barədə operativ məlumat aldıq”, - deyə o, RF FTX-nin Ermənistandakı sərhəd idarəsinin rəisi Roman Qolubitski ilə işgüzar görüşün yekunları üzrə bildirib.*