Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda biznes subyektləri arasında bir sıra sənədlər imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Qırğızıstanın Ticarət və Sənaye Palatası Şurası arasında Azərbaycan-Qırğızıstan Biznes Şurasının yaradılması haqqında saziş imzalanıb.
Həmçinin Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi arasında birgə tədbirlərin həyata keçirilməsinə dair Yol Xəritəsi, “Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası” İctimai Birliyi və Türkiyənin “Küt ticaret ve marketinq mehdit şirketi” arasında Anlaşma Memorandumu, “Bakı Tekstil Fabriki” MMC və Türkiyənin “İmlak Şirketler Grupu” arasında Anlaşma Memorandumu imzalanıb.*
B.Rüstəmbəyov