Ermənistan-Azərbaycan sərhədində eskalasiyanı əlaqələndirilmiş səylərlə dayandırmaq mümkün olub, lakin vəziyyət gərgin olaraq qalır. Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
“Yaxşı ki, əlaqələndirilmiş səylərimiz sayəsində hər halda eskalasiyanı dayandırmaq mümkün olub, lakin mən belə başa düşürəm ki, hər halda vəziyyət gərgin olaraq qalır”, - deyə Putin bildirib.
O qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti çərçivəsində gün ərzində Əliyevlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.
Putin dünən gecə Ermənistanın baş naziri Nikol Paşinyanla danışdığını və bu barədə Əliyevə məlumat verdiyini bildirib.*