Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf sentyabrın 16-da Pakistan İslam Respublikasının Energetika Nazirliyinin neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşüb.
“Söhbət zamanı Azərbaycan-Pakistan münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, neft-qaz sektorunda, xüsusilə neft məhsullarının ticarəti, maye təbii qaz (LNG) təchizatı, həmçinin təbii qaz infrastrukturunun inkişafı istiqamətlərində qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib”, - deyə SOCAR-ın məlumatında bildirilir.
Görüşdə SOCAR-ın uzunmüddətli strateji təşəbbüslərindən bəhs edilib, regional və qlobal enerji layihələri, habelə xarici ölkələrdə reallaşdırdığı investisiyaları haqqında qonaq nazirə məlumat verilib.
“Bu xüsusda Pakistan şirkətləri ilə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova