Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin Azərbaycanla hərbi münaqişə ilə əlaqədar yardımla bağlı müraciətinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) reaksiyasından narazılığını ifadə edib və Rusiyadan daha böyük dəstək gözləyir.
“Biz təbii ki, çox narazıyıq. Gözləntilərimiz özünü doğrultmur. Biz bundan nəticə çıxaracağıq və artıq çıxarmışıq”, - deyə o bildirib.
“Rusiya ilə qarşılıqlı yardım haqqında müqaviləmiz də var və rusiyalı tərəfdaşlarımızdan bəyanatlar səviyyəsində deyil, daha nəzərə çarpan addımlar gözləyirik”, - deyə spiker qeyd edib.*