Bakı və Buxarest qaz tədarükü barədə razılığa gəlib. Bu barədə “Economedia.ro” mənbələrə istinadən xəbər verir.
Məlumata görə, hazırda karbohidrogenlərin tranziti ilə bağlı Türkiyənin razılığı alınmalıdır.
Nəşr sövdələşmənin təfərrüatlarını açıqlamır.
2021-ci ildə Azərbaycan 22 milyard kubmetr qaz ixrac edib. Avropaya (İtaliya, Yunanıstan və Bolqarıstana) qaz ixracının həcmi 8,2 milyard kubmetr təşkil edib. 2022-ci ildə ixracın 23-24 milyard kubmetr, o cümlədən Avropaya ixracın 12 milyard kubmetr həcmində olacağı proqnozlaşdırılır.*
R.Kərimov