Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Bakı və İrəvan arasında dialoqu təşviq etməyə hazır olduğunu bildirib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Mişel dialoq və sülhü təşviq etməyə hazır olduğunu bəyan edib”, - deyə məlumatda bildirilir.
Paşinyan gərginliyin davam etdiyini diqqətə çatdırıb.
Tərəflər vəziyyətin nizamlanması ilə bağlı müxtəlif məsələləri müzakirə ediblər.*