Azərbaycanda koronavirus infeksiyasına 214 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 819 min 338-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 234 yoluxma faktı qeydə alınmışdı. Gündəlik yoluxma sayı 8,5%-dək azalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər (ötən gün 5 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 884 nəfərə çatıb.
Virusa yoluxmuş 807 min 698 nəfər (sutka ərzində +265) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 756 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 311 (ötən gün 2 min 929 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 213 min 45 test aparılıb.*
R.Əhmədov