Sentyabrın 17-də Prezident İlham Əliyev “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın və “Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanın mətni və siyahılar dövlət başçısının saytında dərc olunub.
Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının siyahısına 10 qurum, audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısına isə 6 qurum daxil edilib.*
R.Kərimov