Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının monitorinq qrupu Ermənistan-Azərbaycan sərhədində monitorinq aparıb. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.
“KTMT missiyasının monitorinq qrupu general-polkovnik Anatoli Sidorovun rəhbərliyi ilə Azərbaycan-Ermənistan sərhədində monitorinq aparıb”, - deyə məlumatda bildirilir.
Sidorov qeyd edib ki, qrupun əsas vəzifəsi toqquşmaların baş verdiyi yerlərə baş çəkmək olub.
“Maksimum dərəcədə obyektiv olmağa çalışırıq, ona görə də faktlarla işləyəcəyik, hansısa nəticədən danışmaq hələ tezdir”, - deyə o, səfərin yekunları üzrə bildirib.*