Amerikalı analitik Lyuk Koffi bu həftəsonu Ermənistana səfər edən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin niyyətinin səmimiliyinə şübhə ilə yanaşıb.
O, İrəvana bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində baş vermiş döyüş toqquşmaları fonunda gedib. Pelosi bəyan edib ki, onun səfəri “ABŞ-ın dinc, çiçəklənən və demokratik Ermənistana, həmçinin sabit və təhlükəsiz Qafqaz regionuna möhkəm sadiqliyinin böyük rəmzidir”.
“Əgər ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Azərbaycana da səfər etməsə, onun Ermənistana səfəri sadəcə amerikalı vergi ödəyicilərinin hesabına vəsaitin yığılması üçün siyasi fənd olacaq. Əgər o, həqiqətən də Cənubi Qafqazda rifah və sülh məsələləri ilə bağlı narahat olsaydı, Bakıya da səfər edərdi”, - deyə Koffi “Twitter”də yazıb.
R.Kərimov