Azərbaycanda koronavirus infeksiyasına 180 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 819 min 518-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 214 yoluxma faktı qeydə alınmışdı. Gündəlik yoluxma sayı 15,9%-dək azalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər (ötən gün 3 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 886 nəfərə çatıb.
Virusa yoluxmuş 807 min 967 nəfər (sutka ərzində +269) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 665 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 718 (ötən gün 3 min 311 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 215 min 763 test aparılıb.*
R.Kərimov