Energetika naziri Pərviz Şahbazov və ölkəmizdə səfərdə olan Pakistanın Energetika Nazirliyinin neft üzrə dövlət naziri Musadik Masud Malik enerji sahəsində Azərbaycan-Pakistan əməkdaşlığının inkişafı üzrə perspektiv imkanları nəzərdən keçiriblər. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Pakistana mayeləşdirilmiş təbii qaz tədarükü, ölkədə boru nəql infrastrukturu, maye qazın reqazifikasiyası, neft emalı, neft məhsullarının pərakəndə satışı kimi sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda, ölkəmizin “yaşıl enerji” potensialı, bu potensialın reallaşdırılması istiqamətində xarici investisiyaların cəlbi ilə icra olunan layihələr, xüsusilə işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması üçün görülən işlər haqqında qonağa məlumat verilib.*
Xəbərlər şöbəsi