Bakı və İslamabad Preferensial Ticarət Sazişi üzərində işləyir. Bu barədə iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev ilə Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Malikin görüşündə bildirilib.
Diqqətə çatdırılıb ki, ticarət Pakistanla tərəfdaşlığın əsas istiqamətlərindəndir və bu sahəyə xüsusi töhfə verəcək Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində işlər davam etdirilir.
Tərəflər enerji, tranzit-logistika və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə Pakistan şirkətlərinin iştirakı barədə fikir mübadiləsi aparıblar.*
Xəbərlər şöbəsi