Bazar günü Azərbaycan prezidenti İlham Əliyev ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat verir.
“Telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub”, - məlumatda deyilir.
Bildirilir ki, söhbət ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. **
R.Kərimov