SOCAR 2022-ci ilin yanvar-avqust aylarında 89 min 624,73 ton neft koksu ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 54,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat dövründə SOCAR $23 milyon 50,48 min dəyərində neft koksu (artım 52,4%) ixrac edib. İxracın ümumi həcmində koksun payı 0,09% təşkil edib.
Bundan başqa, şirkət $25 milyon 297,69 min dəyərində (artım 0,4%) 88 min 471,74 ton neft bitumu (azalma 25,8%) ixrac edib. Bu dövrdə Azərbaycandan ixracın ümumi həcminin 0,1%-i bitumun payına düşüb.
Beləliklə, 8 ay ərzində SOCAR $48 milyon 348,17 min dəyərində (artım 19,97%) 178 min 96,47 ton neft bitumu və neft koksu (azalma 44,3%) ixrac edib.
2021-ci ildə SOCAR $67 milyon 614,21 min dəyərində 468 min 403,76 ton neft bitumu və neft koksu ixrac edib.**