2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 1 milyard 24 milyon 914 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 37,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 2 milyon 883,6 min nəfər (artım 88,1%), dəniz nəqliyyatı ilə 14 min nəfər (artım 34,6%), hava nəqliyyatı ilə 1 milyon 433,7 min nəfər (artım 2,1 dəfə) daşınıb.
Yanvar-iyul aylarında avtomobil nəqliyyatı vasitələri ilə 892 milyon 217,2 min sərnişin (artım 25%), avtobuslarla 839 milyon 523,5 min sərnişin (artım 28,8%), taksilərlə 52 milyon 693,7 min sərnişin (azalma 14,3%) daşınıb.
Sərnişindaşıma fəaliyyətini 2021-ci il mayın 31-dən bərpa etmiş Bakı Metropolitenində 2022-ci ilin yanvar-avqust aylarında 128 milyon 365.5 min sərnişinə (artım 4,5 dəfə) xidmət göstərilib.**
B.Rüstəmbəyov