“Azərişıq” ASC ÖİN xəttinin Laçın yoluna (dəhliz) düşən hissəsinin elektrik təchizatı işlərinə 3 milyon manatdan artıq vəsait yönəldəcək
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verir ki, “Azərişıq” “Smart Energy Services” MMC ilə müvafiq müqavilə bağlayıb.
İşlərin həcminə Laçın rayonu ərazisində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq “Güləbird” stansiyasından Minkənd yaşayış məntəqəsinə çəkiləcək 35 kV-luq ÖİN xəttinin Laçın yoluna (dəhliz) düşən hissəsinin elektrik təchizatı işləri daxildir.
Müqavilənin dəyəri – 3 milyon 78 min 398,05 manatdır. **
N.Abbasova