16 sentyabr tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.
“İclas zamanı cari ilin sentyabr ayında düşmən təxribatı nəticəsində döyüşlərdə Şəhid olmuş hərbçilərimizin banklara olan bütün növ kredit öhdəliklərinin və onlara hesablanmış faizlərin ABA üzvlərinin təşəbbüsü ilə tam həcmdə silinməsi məsələsi müzakirə edilərək yekdilliklə təsdiq edilib”,, - ABA-nın bəyanatında deyilir.
Xəbər verildiyi kimi, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla sərhəd boyu genişmiqyaslı təxribatlar törədilib. Sərhəddə döyüşlər 12-14 sentyabr tarixlərində davam edib.
Döyüşlər zamanı 80 Azərbaycan hərbçisi həlak olub, 280-dən çox hərbi qulluqçu yaralanıb. **
X.Nəsirzadə