Azərbaycan 2022-ci ilin yanvar-avqust aylarında ərzaq məhsullarının idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8% - $1 milyard 383 milyon 297,27 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq məhsullarının idxalının strukturunda əsas həcm – 539 min 331,99 ton (artım 12,1%) buğdanın ($193 milyon 478,03 min), 51 min 612,59 ton (artım 2,6 dəfə) qarğıdalının ($18 milyon 185,66 min), 40 milyon 767,13 ton (artım 19,8%) düyünün ($34 milyon 861,23 min), 9 min 533,5 ton (azalma 2,7%) çayın ($48 milyon 204,47 min), 239 min 433,52 ton (artım 2,2%) meyvə-tərəvəz məhsullarının ($151 milyon 194,49 min), 26 min 149,91 ton (artım 1,9%) ətin ($45 milyon 495,85 min), 99 min 314,55 ton (azalma 2,6%) bitki və heyvan mənşəli yağların ($172 milyon 105,33 min) payına düşüb.
Yanvar-avqust aylarında Azərbaycana $74 milyon 167,39 min dəyərində 12 min 946,2 ton kərə yağı (artım 30,2%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 15,6%-i ərzaq məhsullarının payına düşüb.**
N.Abbasova