2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana $432 milyon 151,98 min dəyərində əczaçılıq məhsulları idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana $432 milyon 151,98 min dəyərində (artım 12,3%) 19 min 65,98 ton (artım 26,2%) əczaçılıq məhsulları idxal edilib”, - Komitədən bildirilir.
Hesabat dövründə ölkəyə mal idxalının bütün həcmində əczaçılıq məhsullarının payı 4,87% təşkil edib.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycana $528 milyon 566,59 min dəyərində (artım 40,1%) 22 min 335,95 ton (azalma 1,5%) əczaçılıq məhsulları idxal edilib.**
N.Abbasova