Moskva, Ermənistan-Azərbaycan sərhıdində vəziyyətin stabilləşməsinə real kömək edəcəyi təqdirdə ABŞ Nümayəndələr Palıatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini alqışlamağa hazırdır. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Hər şey sözlə deyil, həqiqətən, uca səslə deyil, populist deyil, amma real olaraq dinc və işgüzar şəkildə münasibətlərin normallaşmasına kömək edə biləcək, sərhəddəki vəziyyəti stabilləşdirməyə kömək edə biləcək hər şey alqışlana bilər”, - Peskov jurnalistlərə deyib.
“Bu cür yüksək səsli bəyanatlar və hərəkətlər bu normallaşmaya real olaraq kömək edə bilərmi, görərik. Zaman keçdikcə, bu aydın olacaq”, - o əlavə edib. **