“Azərişıq” ASC elektrik şəbəkəsində 0,4 kV daimi və dəyişən gərginliyi ölçən elektron avadanlıq üçün qoruyucu vasitələrın alışına 4 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verir ki, “Azərişıq” "Smart Energy Solution" MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri - 4 milyon 130 min manatdır. **
N.Abbasova