Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, bundan sonra sentyabrım 29-da “Turizm işçiləri günü” peşə bayramı qeyd olunacaq.
Sərəncamın mətni bazar ertəsi dövlət başçısının saytında dərc olunub.
Daha əvvəl “Turizm işçiləri günü” sentyabrın 27-də qeyd olunurdu.
27 sentyabr tarixində Azərbaycanda 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsində həlak olan və qəhrəmancasna döyüşən Azərbaycan əsgərləri və zabitlərin xatirəsinə hörmət əlaməti olaraq Anım Günü qeyd edilir. **
B.Rüstəmbəyov