Azərbaycan Türkiyədən müasir 4 mm-lik AK40-GL qumbaraatanlar almaqda maraqlıdır. Bu barədə Türkiyənin Anadolu agentliyi məlumat verir.
“Hazırda Azərbaycanla danışıqlar aparılır. Ümumilikdə, 20 ölkə bu növ silah ilə maraqlanır. Əgər Türkiyənin Milli Müdafiə Nazirliyi təsdiq edərsə, bu məhsulu xaricə tədarük etməyə hazırıq”, - agentlik şirkətin rəhbəri Səlim Aktaşın sözlərindən sitat gətirir.
Həmçinin, qumbaraatanlardan səsli, qəlpə silahlar, həmçinin siqnal vermək üçün istifadə etmək mümkündür.
Yüngül AK40-GL minaatanı 5 min atış üçün nəzərdə tutulur. Yayılma radiusu - 400 və 800 metrdir. **
X.Nəsirzadə