Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəmcama əsasən, 12 rayonda - Kürdəmir, Şamaxı, Ağstafa, Daşkəsən, Goranboy, Şəmkir, Xaçmaz, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Qusarda 15 modul tipli məktəbin quraşdırılması üçün Elm və Təhsil Nazirliyinə əlavə 5 milyon manat ayrılır.
Cəlilabad rayonu (3 məktəb) və Lerik rayonu (2 məktəb) istisna olmaqla, rayonların hər birində bir məktəb quraşdırılacaq.
Məktəblərin quraşdırılması bu il sona çatmalıdır.
Vəsait “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılır.
Sərəncamın mətni bazar ertəsi dövlət başçısının saytıında dərc olunub. **
B.Rüstəmbəyov