Azərbaycanda koronavirus infeksiyasına 70 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 819 min 588-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 180 yoluxma faktı qeydə alınmışdı.
Ötən sutka ərzində COVID-19-dan vəfat edən olmayıb (ötən gün 2 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 886 nəfərə çatıb.
Virusa yoluxmuş 808 min 50 nəfər (sutka ərzində +83) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 652 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 788 (ötən gün 2 min 718 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 217 min 551 test aparılıb.**
N.Abbasova