“Kapital Bank” ASC filial şəbəkəsini genişləndirir, Xətai rayonunda bankın 110-cu filialı açılıb.
“Bankdan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, yeni filial Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi 69X ünvanında (Xətai metro stansiyasının yaxınlığında) yerləşir.
““Zəfər” filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir”, - deyə məlumatda bildirilir.
“Kapital Bank” 2015-ci ildən etibarən Bakı və regionlarda filial şəbəkəsinin transformasiyası layihəsini həyata keçirir. İndiyədək 70-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 40-dan çox yeni filial və şöbə istifadəyə verilib. Layihənin davamı olaraq ilin sonuna qədər bir sıra şəhər və rayonlarda yeni xidmət nöqtələri açılacaq, həmçinin bəzi filial və şöbələr əsaslı təmir olunaraq müştərilərin xidmətinə veriləcək.
“Kapital Bank” Azərbaycanda ən böyük filial şəbəkəsi — 110 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir.*
X.Nəsirzadə