“Freedom Finance Azerbaijan” ASC nizamnamə kapitalının 1 milyon 448,332 min manata qədər artırıldığını elan edib.
“İnterfaks-Azərbaycan” agentliyi vergi orqanlarının məlumatına istinadən bildirir ki, cəmiyyətin nizamnamə kapitalı 598 min 454,4 manat təşkil edirdi. Beləliklə, nizamnamə kapitalı 2,4 dəfə artırılıb.
“Freedom Finance Azerbaijan” ASC-nin kapitalı bir qiymətli kağızın nominal dəyəri 258,4 manat olan 5,605 min ədəd səhmə bölünüb.
“Freedom Finance Azerbaijan” 2021-ci il fevral ayının 15-də dövlət qeydiyyatına alınıb. Şirkət maliyyə məsələləri üzrə məsləhət xidmətləri göstərir.*
R.Əhmədov