Rusiya Bakı və İrəvanı atəşkəs rejiminə əməl etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına riayət etməyə çağırır. Bunu Rusiya prezident Vladimir Putin xarici səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimində deyib.
“Bizə yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyətin olması bizi ciddi narahat edir. Biz hamını təmkinli olmağa, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına qətiyyətlə əməl etməyə çağırırıq”, - deyə Putin bildirib.
Onun sözlərinə görə, mübahisəli ərazi məsələlərinin həllinin açarı Rusiyanın məsləhətçi köməyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində birgə peşəkar işdədir.*