Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 21-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Sentyabrın 21-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.6935 manat/1EUR səviyyəsində (sentyabrın 20-nə 1.7037 manat/1EUR) müəyyən edilib.
AMB sentyabrın 21-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0280 manat/1RUB səviyyəsində (20 sеntyabr -0.0282 manat/1RUB) müəyyən edib.
Sentyabrın 21-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0929 manat/1TRY səviyyəsində saxlayıb.**
B.Rüstəmbəyov