Asiya İnkişaf Bankı 2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 4,2% səviyyəsində proqnozlaşdırır. Bu barədə çərşənbə günü dərc olunan Asian Development Outlook 2022 (Update) icmalında qeyd olunur.
Apreldə AİB Azərbaycanda cari il ÜDM-in artımını 3,7% səviyyəsində proqnozlaşdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
2023-cü ildə ÜDM-in artımı üzrə proqnozu bank 2,8% səviyyəsində saxlayıb.
“2022-ci ilin birinci yarısında ÜDM-in artımı 2,1%-dən 6,2%-dək sürətlənib. 2021-ci ilin eyni dövründə, ilk növbədə qeyri-neft sektorunda artım hesabına 9,6% artıb. Xidmətlər, nəqliyyat sahəsində yüksək göstəriciləri, pərakəndə ticarətin bərpasını və pandemiya səbəbindən səfərlərə qadağanın ləğv edilməsindən sonra mehmanxana biznesində əlavə dəyərin iki dəfə artmasını əks etdirərək 9,6% artıb. İstehsalat tikinti materialları və metalların istehsalı, qida və toxuculuq sənayesi hesabına 4,5% artıb”, - AİB qeyd edir.
İcmalda vurğulanır ki, yanvar-iyun aylarında Azərbaycanda orta illik inflyasiya 2021-ci ilin 6 ayı ərzində 4,3%-dən 12,9%-dək sürətlənib. Cari inflyasiya tendensiyaları nəzərə alınaraq, AİB Azərbaycanda inflyasiya ilə bağlı proqnozları təkrar nəzərdən keçirib. Xüsusilə, bank 2022-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 11,5% səviyyəsində (aprel proqnozu – 7%), 2023-cü ildə - 7%-dək azalacağını gözləyir (aprel proqnozu – 5,3%).
AİB-nin qiymətləndirmələrinə görə, 2022-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisti ÜDM-in 26,2%-i (aprel proqnozu ÜDM-in 20,2%-i), 2023-cü ildə - ÜDM-in 21,2%-i (aprel proqnozu ÜDM-in 16,9%-i) təşkil edəcək.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımını 3,5% səviyyəsində, 2023-cü ildə - 2,7%, orta illik inflyasiyanı – müvafiq olaraq 12,5% və 6,9% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5,6%, orta illik inflyasiya – 6,7% təşkil edib. **
A.Əzizov