Energetika naziri Pərviz Şahbazov “5-ci Rumıniya Beynəlxalq Qaz Konfransı” beynəlxalq tədbirində iştirak edəcək.
“Konfrans 21-22 sentyabr tarixlərində Buxarestdə keçirilir. Şahbazov Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunun dəvəti ilə tədbirdə iştirak edir”, - nazirlikdən qeyd olunur.
Məlumata görə, konfransda Şahbazov çıxış edəcək və Avropa İttifaqına üzv və qonşu ölkələrin neft-qaz şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək. **
B.Rüstəmbəyov