2022-ci ilin əvvəlindən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 72,1 milyon manat məbləğində güzəştli kredit verilib. Bu barədə iqtisadiyyat naziri ikayıl Cabbarov məlumat verib.
“Özəl sektora dövlət dəstəyi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1.732 sahibkara 72,1 milyon manat, o cümlədən 1.725 kiçik və orta həcmli layihəyə 53,4 milyon manat güzəştli kredit verilib”, - Cabbarov soşial şəbəkələrdəki hesablarında yazıb.
O qeyd edib ki, güzəştli kreditlərin 71,4%-i aqrar sektorun, 28,6%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı və sahələrə ayrılıb.
Nazir vurğulayıb ki, vəsaitlərin 88,2%-i regionların, 11,8%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.
Xəbər verildiyi kimi, 2021-ci ilin yekunları üzrə SİF tərəfindən 130,6 milyon manat ümumi məbləğdə güzəştli kredit verilib.
2022-ci ildə SİF Azərbaycanda biznes subyektlərinə 140 milyon manat ümumi məbləğində güzəştli kredit verməyi planlaşdırır. **
B.Rüstəmbəyov