Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə görüşüb.
“Nazirlər iki ölkə arasında ikitərəfli münasibətlər, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində mövcud əməkdaşlıq münasibətlərini müzakirə ediblər. Həmçinin digər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - XİN-in məlumatında deyilir.
O cümlədən, nazirlər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Xüsusilə, Haavisto bölgədəki (Ermənistan-Azərbaytcan sərhədində - İF) gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib. “Bayramov həmsöhbətinə bölgədə Ermənistanın silsilə təxribatları barədə ətraflı məlumat verib. O, həmçinin Azərbaycan-Ermənistan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinin əsasında normallaşması istiqamətində işlərin davam etdirilməsinin zəruri olduğunu vurğulayıb”, - nazirlikdən bildirilir. **
X.Nəsirzadə