Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı İrəvanla sərhədlərin delimitasiya prosesinə başlamağa hazırdır, lakin mahiyyət üzrə danışıqlar aparılmır.
“Biz təklif etdik ki, delimitasiya prosesinə start verək. Bunu (Ermənistan) təxminən bir ildən çox müddət ərzində uzatdı. İndi isə bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar aparılmır, xəritələr üzrə heç bir müzakirə aparılmır”, - Əliyev çərşənbə günü Laçında bəyan edib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası prosesi üçün bütün xəritələri hazırlayıb.
“Biz bütün xəritələri hazırlamışıq.Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır”, - Əliyev qeyd edib. **
R.Kərimov