Rəsmi Bakı Cammu və Kəşmir məsələsinin beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Təmas Qrupunun nazirlər görüşündə çıxış edən C.Bayramov Azərbaycanın Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəklədiyini bildirib”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Nazir İƏT-in Cammu və Kəşmir üzrə Təmas Qrupunun təşkilata üzv olan dövlətlərin müvafiq İƏT qərarlarından irəli gələn öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini nəzərdən keçirmək üçün faydalı bir mexanizm olduğunu diqqətə çatdırıb.
İslam Əməkdaşlıq Təşkilatının Cammu və Kəşmir üzrə Təmas Qrupunun nazirlər görüşü BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutub.*
R.Kərimov