Sentyabrın 21-də axşam saatlarında İranda baş verən 5,5 bal gücündə zəlzələ Azərbaycanda hiss edilib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss olunub.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:57-də Naxçıvan stansiyasından 82 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ ocağı 3 km dərinlikdə yerləşib.*
R.Kərimov